Haqqında

Şirkətimiz neft-qaz, sənaye və tikinti sahələri üçün qumlama (blasting) və səth hazırlığı proseslərində istifadə olunan avadanlıq və məhsulların satışı üzrə ixtisaslaşmışdır.
Fəaliyyətimiz metal, beton və digər səthlərin təmizlənməsi, hazırlanması və emalı üçün nəzərdə tutulmuş peşəkar sistemlərin və texniki həllərin təqdim edilməsini əhatə edir.

Biz müştərilərimizə qumlama prosesinin bütün mərhələlərini icra etməyə imkan verən geniş məhsul çeşidi təqdim edirik, o cümlədən:

  • Qumlama avadanlıqları və sistemləri

  • Blasting maşınları (Blastpot, Bulkblast və s.)

  • Abraziv materiallar və qumlama üçün xammal
    (Copper Slag, Steel Grit, Steel Shot, Garnet və s.)

  • Səth hazırlığı və təmizləmə avadanlıqları

  • Neft-qaz, sənaye və istehsalat sahələri üçün texniki həllər

Təklif etdiyimiz məhsullar neft-qaz platformalarında, neft-qaz kəmərlərində, eləcə də sənaye müəssisələrində, metal konstruksiya sahələrində, zavodlarda, anbarlarda, tikinti obyektlərində və istehsalat sahələrində peşəkar qumlama işlərinin icrası üçün istifadə olunur.

Şirkətimiz hər bir müştərinin ehtiyacını nəzərə alaraq obyektin təyinatına, iş həcminə və texniki tələblərə uyğun optimal avadanlıq və məhsul seçimi üzrə peşəkar məsləhət xidməti göstərir. Məqsədimiz müştərilərimizə uzunömürlü, etibarlı və effektiv qumlama həlləri təqdim etməkdir.

Biz fəaliyyətimizi keyfiyyətli məhsul təchizatı, düzgün texniki yönləndirmə və etibarlı əməkdaşlıq prinsipləri əsasında qururuq.