AZ1010, Баку, ул. Зарифа Алиева 55
GREEN LIGHTNING® Olivine — sənaye qumlama işlərində istifadə olunan yüksək keyfiyyətli təbii mineral abrassivdir. Tərkibi əsasən magnesium-olivin (forsterit) minerallarından ibarətdir və həm səth hazırlığında, həm də boyayaqabağı təmizləmədə geniş tətbiq olunur.
Təbii və toksiksizdir — tərkibində sərbəst silisium az olduğu üçün işçi sağlamlığı üçün daha təhlükəsizdir.
Tozsuz və səliqəli iş — parçalanma dərəcəsi azdır, buna görə qumlama zamanı minimum toz yaradır.
Çoxməqsədli tətbiq — metal, beton, daş və digər səthlərin təmizlənməsi üçün uyğundur.
Səth profili — orta səviyyəli səth pürüzlülüyü yaradır, boya və örtüklərin daha yaxşı yapışmasını təmin edir.
Ekoloji uyğun — təbii mənşəli olduğuna görə ətraf mühit üçün daha təhlükəsiz alternativ sayılır.
Dənə ölçüləri — müxtəlif frasiyalarda olur (fine, medium, coarse) və fərqli təmizləmə səviyyələri üçün seçilir.